Koronavirusla mübarizəyə nə qədər pul ayrıldı?

# 14:56
6 noyabr 2021

Gələn ilin dövlət büdcəsindən koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin davam etdirilməsinə 350 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

APA TV-nin məlumatına görə, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2022-ci il üçün dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı”nda əksini tapıb.

Layihəyə əsasən, bu, 2021-ci illə müqayisədə 89,0 milyon manat və ya 34,1 faiz çoxdur.

Ayrılan vəsait vaksinlərin, testlərin dərman, tibbi ləvazimatların, avadanlıqların və digər malların alınması və xidmətlərin göstərilməsi, həmçinin dövlət, eləcə də özəl və təsərrüfat hesablı tibb müəssisələrində çalışaraq mübarizə tədbirlərində iştirak edən işçilərin əməkhaqqlarına aylıq vəzifə maaşlarına müəyyən edilmiş müddətli əlavələrin ödənilməsi və modul tipli xəstəxanaların saxlanılmasına sərf olunacaq.

Eyni zamanda 2022-ci ilin dövlət büdcəsində sanitar-epidemioloji tədbirlər üçün 40,8 milyon manat vəsait proqnozlaşdırılıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR