Krım körpüsündə partlayış GÖRÜN NECƏ TÖRƏDİLİB: İstintaqın nəticəsi

# 12:34
12 oktyabr 2022

Krım körpüsündə baş verən partlayışla bağlı 9 nəfər saxlanılıb.

 

APA TV xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Qeyd olunub ki, saxlanılanlardan 5-i Rusiya, 3-ü Ukrayna, biri Ermənistan vətəndaşıdır.

 

“Krım körpüsündə törədilən terror aktının təşkilatçısı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, onun rəhbəri Kirill Budanov, əməkdaşları və agentləri olub”, - deyə xidmətin məlumatında qeyd olunub. Bildirilib ki, partlayışla əlaqəli ən azı 12 nəfərin kimliyi müəyyən edilib.

 

Rusiya istintaqının məlumatına görə, partlayıcı qurğu tikinti polietilen plyonka ilə, rulonlarda kamuflyaj edilib və avqustun əvvəlində Odessa dəniz limanından Bolqarıstanın Ruse şəhərinə göndərilib.

 

“Həmin yük Ermənistanın paytaxtı İrəvanda rəsmiləşdirilib, bundan sonra sənədlər dəyişdirilib. Daha sonra oktyabrın 4-də Gürcüstanda qeydiyyatda olan “DAF” markalı yük avtomobili ilə “Yuxarı Lars” keçid məntəqəsində Rusiya-Gürcüstan sərhədini keçib və oktyabrın 6-da Krasnodar bölgəsindəki Armavir topdansatış bazasına gətirilərək boşaldılıb”, - deyə məlumatda qeyd olunub.

 

Federal Təhlükəsizlik Xidmətinin məlumatında o da bildirilib ki, bütün marşrut üzrə yüklərin hərəkətinə və iştirakçılar ilə təmaslara nəzarəti Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin, özünü “İvan İvanoviç” kimi təqdim edən əməkdaşı həyata keçirib.

 

Ukrayna tərəfi isə hələlik Rusiya kəşfiyyat xidmətinin bəyanatını şərh etməyib.

 

Fuad Sadıqov

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR