KTMT Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı qərar verdi
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nümayəndə heyəti bu gün axşam saatlarında İrəvana gedəcək.
APA TV-nin Moskva müxbirinin məlumatına görə, bunu KTMT-nin Birləşmiş Qərargahının rəhbəri Anatoli Sidorov bildirib.
Eyni zamanda o əlavə edib ki, Ermənistanla Azərbaycan sərhədində güc tətbiqindən söhbət getmir.
"Təşkilat münaqişənin sülh yolu ilə həllinə ümid edir", - deyə Sidorov vurğulayıb.
Onun sözlərinə görə, missiyanın göndərilməsi təklifi Putin tərəfindən irəli sürülüb və təşkilata üzv olan bütün dövlətlər tərəfindən dəstəklənib. Hələlik Ermənistana KTMT sülhməramlı kontingentinin göndərilməsindən söhbət getmir.
DİGƏR XƏBƏRLƏR

"Zəngəzur dəhlizi ilə Türkiyədən Azərbaycana gedəcəyik"

"Range Rover" "Opel"lə toqquşdu, polis xəsarət aldı

Xarici səyyahlar Füzulidə minatəmizləmə əməliyyatlarını izlədilər
