KTMT Ermənistanı niyə dəstəkləmir? - Qazaxstandan sərt mövqe – APA TV

# 18:33
14 sentyabr 2022

"Qazaxıstan sülhməramlılarının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsindən söhbət gedə bilməz".

APA TV xəbər verir ki, bunu bu gün yerli mediaya açıqlamasında Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi deyib.

O qeyd edib ki, indi birinci vəzifə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə birgə komissiyanın işini bərpa etməkdir.

 

“Əlbəttə biz daha obyektiv məlumatlar əldə etmək istərdik, çünki hər iki tərəfdən fərqli məlumatlar daxil olur. Ona görə də dövlət başçıları qərar qəbul etdi ki, KTMT baş katibi hadisə yerinə getsin, yerində tam mənzərə ilə tanış olsun və dövlət başçılarını məlumatlandırsın” - deyə, nazir bildirib.

 

Qeyd edək ki, ötən gün KTMT-nin növbədənkənar iclasında Ermənistan baş naziri təşkilata üzv ölkələrin dövlət başçılarını Azərbaycanla Ermənistan sərhədindəki vəziyyətlə bağlı sərhəddə təşkilatın sülhməramlılarının göndərilməsi ilə bağlı fikir bildirmişdi.

Onu da bildirək ki, Qazaxıstanın bu mövqeyi erməni ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb və məsələ parlamentin bugünki iclasında müzakirə olunub.

Xatırladaq sentyabrın 13-nə keçən gecə Ermənistan tərəfi Daşkəsən, Laçın və Kəlbəcər istiqamətində genişmiqyaslı təxribat törədib və Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirlərindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya, KTMT-yə və BMT Təhlükəsizlik Şurasına müraciət edib. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR