Küləkli hava nə vaxtadək davam edəcək?

# 11:13
24 may 2022

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisindəki faktivi havanı açıqlayıb.

 

APA TV-nin xəbərinə görə, bu gün saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub, şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.

 

Ötən gün isə Daşkəsən rayonuna və Şirvan şəhərinə dolu düşüb.

 

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.5 metrə çatıb.

 

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti mayın 25-dək, yağıntılı hava şəraiti isə mayın 26-sı səhərədək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR