Kür çayında batan bacı və qardaşdan birinin meyiti tapıldı

# 16:12
10 aprel 2021

Kür çayında batan bacı və qardaşdan birinin meyiti tapılıb.

 

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, ötən gün FHN-in "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə məlumat daxil olub. 

 

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Axtarışlar bu gün də davam etdirilib. Günorta saatlarında Məryəm Hüseynlinin meyiti Kür çayının qonşu Muğangəncəli kəndi ərazisindən keçən hissəsində üzə çıxıb. Kənd sakinləri tərəfindən aşkar olunan meyit FHN əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

4 yaşlı Hüseynin axtarışları davam edir. Bacı və qardaşın hansı şəraitdə suda batmaları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR