Kürdəmirdəki yanğından ANBAAN GÖRÜNTÜLƏR
Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir rayonunun Qaramahmudlu kəndində ticarət obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən APA TV-yə verilən xəbərə görə, dərhal əraziyə Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib.
Mağazanın qalan hissəsi, bitişik tikili və yaxınlıqda yığılmış ümumi həcmi 5 ton olan yanacaq çəlləkləri yanğınsöndürənlər tərəfindən mühafizə olunub.
DİGƏR XƏBƏRLƏR

Deputat Tehrandakı terrorun araşdırılmasına azərbaycanlı mütəxəssislərin cəlb olunmasını istədi

Ərdoğan İrandakı səfirliyimizdə baş verən qanlı hadisəni qınadı

Səfirliyimizə hücum kimin sifarişidir? - İran polisi niyə yerindən tərpənmədi? - YENİ DETALLAR
