Laçın şəhərinə qayıdışa hazırlıq görülür

# 17:33
17 avqust 2022

 

Laçın şəhərindən otuz il əvvəl məcburi köçkün düşən və respublikamızın müxtəlif yerlərində müvəqqəti məskunlaşan həmvətənlərimizin doğma yurda qayıdışa hazırlanması barədə Prezident İlham Əliyevin verdiyi tapşırığın icrasına başlanıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA TV-yə verilən məlumata görə, bu məqsədlə Dövlət Komitəsində məcburi köçkünlərin bir qrupu ilə görüş keçirilib. Görüşdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun erməni faşizmi üzərində qələbəsi nəticəsində düşmənin bir güllə atmadan tərk etdiyi Laçın şəhərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının, üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq, dislokasiyanın dəyişdirilməsi, qanunsuz məskunlaşdırılmış ermənilərin bu ərazidən çıxarılması dövlətimizin gücünün, qüdrətinin növbəti nümayişi kimi dəyərləndirilib. Qanunsuz məskunlaşdıqları yerlərdən çıxarkən ermənilərin evləri və meşə sahələrini yandıraraq, yenidən vandalizm törətməsi qətiyyətlə pislənilib. Dövlət Komitəsinin Böyük Qayıdışa hazırlıq məqsədilə həyata keçirdiyi tədbirlər barəsində görüş iştirakçılarına ətraflı məlumat verilib. Görüşdə qayıdışa hazırlıq və köçürülmənin təşkili ilə bağlı açıq və səmimi fikir mübadiləsi aparılıb. Laçınlılar doğma yurda qayıdıb, onun sosial-iqtisadi inkişafına, işğalın fəsadlarının aradan qaldırılmasına töhfə verməyə, dağlar qoynundakı şəhəri dirçəltməyə hazır olduqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR