Larisa Alaverdyan: “İlham Əliyev azərbaycanlıların Zəngəzura qaytarılmasına çalışır”

# 04:53
12 avqust 2022

Azərbaycan Prezidenti İlham Əliyev 1988-ci ildən sonra Ermənistandakı yaşayış məntəqələrini və evlərini tərk etmiş azərbaycanlıların geri qaytarılmasını dəqiq vəzifə kimi qarşıya qoyub. Artıq bu əməliyyat ardıcıl olaraq həyata keçirir. APA TV erməni mənbələrinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın “Məhkəmə özbaşınalığına qarşı” təşkilatının icraçı direktoru, tanınmış ictimai xadim Larisa Alaverdyan söyləyib. “Azərbaycanlılar Ermənistanın demək olar ki, bütün rayonlarında yaşayırdılar”, - deyən Alaverdyan mövcud geosiyasi vəziyyətin Azərbaycanın xeyrinə dəyişdiyinin artıq reallıq olması ilə barışmaqdan başqa yol görmədiyini söyləyib. Otuz dörd il əvvəl Zəngəzurda, konkret olaraq, Ağudi kəndində yaşayan azərbaycanlılarla söhbətini xatırladan Alaverdiyan onların şərait yaranacağı təqdirdə buralara qayıda biləcəkləri ilə bağlı dediklərini xatırlayıb. Bildirib ki, artıq həmin azərbaycanlıların gözlədikləri şərait yaranıb. Qarabağın erməni sakinlərinin gələcək taleyi ilə bağlı suala gəlincə, erməni ictimai-xadim onların Azərbaycan vətəndaşları kimi yaşamaqdan başqa yollarının olmadığını etiraf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR