Lənkəranda 3 avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb

# 21:20
16 may 2021

Lənkəranda 3 maşın toqquşub, 6 nəfər xəsarət alıb.

 

APA TV-nin cənub bürosunun xəbərinə görə, ağır yol qəzası rayonun "Ləvəngi dairəsi" deyilən ərazisində baş verib. Xarxatan kənd sakini Fərahim Nəhmətovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil idarəetmədən çıxaraq ilk olaraq dayanmış vəziyyətdə olan eyni markalı maşınla, sonra isə "Mercedes" markalı mikroavtobusla toqquşub. Nəticədə 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Onlardan bəziləri hadisə yerinə gələn FHN-in Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları tərəfindən xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobillərdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Xəsarət alan 1996-ci il təvəllüdlü Fərahim Rza oğlu Nəhmətov və Elnur Mirqədəm oğlu Sadıqzadə, 1987-ci il təvəllüdlü Röyal Ədalət oğlu Sadıqov, 1980-ci il təvəllüdlü Arzuman Möhübbət oğlu Sovqatov, 1962-ci il təvəllüdlü Səmədağa Heybət oğlu Hümmətov və Kürsüm Canəli qızı Kərimova Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR