Lənkəranda çölə çıxmaq olmur, həyətlər su altında qalıb

# 14:30
6 dekabr 2022

Bir neçə gündür yağan intensiv yağışlar Lənkəranda problemlərə yol açıb.

 

Şəhərin mövcud kanalizasiya sisteminin yarasız olması problemin başlıca səbəblərindən biridir.

 

Bəzi küçələrdə su axarları olmadığından, olanların da qarşısı kəsildiyindən yağış suları həyətlərə dolur. Şəhərin Azad İsmayılov küçəsində vəziyyət daha acınacaqlıdır. Sakinlər deyir ki, su axarları üçün bir neçə dəfə kanalizasiya sistemini qurmaq istəyiblər. Amma sonradan yarımçıq saxlanılıb. Buna görə də kanalizasiya sistemi yağış sularını normal ötürmür. Nəticədə xəndəklər dolur, sular yaşayış evlərinin zirzəmilərinə, həyətlərinə yığılır və yolları keçilməz edir.

Lənkəran ŞİH Başçısının müavini Vüqar Məmmədov bildirib ki, adı çəkilən ünvana baxış keçirilib, xəndəklərin təmizlənməsi üçün küçəyə qrup göndəriləcək: “hava şəraiti imkan verdikdə, buranın kanalizasiya sistemi yenidən qurulacaq”, – deyə o əlavə edib.

 

Qeyd edək ki, Lənkəran şəhərinin mövcud kanalizasiya sistemi 20 min əhali üçün nəzərdə tutulmaqla, ötən əsrin 60-70-ci illərində çəkilib. Hazırda şəhər əhalisinin sayı 80 minə çatdığından, kanalizasiya sisteminin yenidən qurulmasına ehtiyac var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR