Lənkəranda əməliyyat 21 nəfər saxlanıldı

# 15:52
30 avqust 2022

Lənkəran sakkinlərindən 7 kiloqramdan artıq narkotik və silah-sursat aşkarlanıb.

 

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş İlham Abasov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 kiloqram 335 qram heroin və 520 qram tiryək aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq İlham Abbasovun Liman şəhəri ərazisində zibillikdə gizlətdiyi bağlamadan 4 kiloqram 400 qram marixuana, 1 ədəd “TOZ 8” markalı silah və həmin silaha aid 24 ədəd patron aşkarlanaraq götürülüb. Davam etdirilən tədbirlərlə onun həmin narkotik vasitəni Liman şəhər sakini Vüqar Hüseynovdan satış məqsədilə əldə etdiyi müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan 44 qram heroin və 67 qram tiryək aşkarlanaraq götürülüb.

 

Lənkəran Polisinin son 10 gün ərzində keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər cinayət əməllərini törətməkdə şübhəli bilinən ümumilikdə 21 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.

 

İlkin Rzayev

Rövşən Almazoğlu

APA-TV Lənkəran

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR