LƏNKƏRANDA ƏMƏLİYYAT - 22 nəfər saxlanıldı

# 14:47
24 sentyabr 2022

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, rayon sakini əvvəllər məhkum olunmuş Fizuli Kazımov saxlanılıb. Yerli bürodan APA TV-yə verilən məlumata görə, keçirilən baxış zamanı onun üzərindən və yaşadığı ünvandan 4 kiloqram 370 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı onun həmin narkotik vasitəni satmaq məqsədilə xarici ölkədə yaşayan narkotacir vasitəsilə əldə etdiyi müəyyən edilib. Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir həftə ərzində keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 21 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub. Faktlarla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR