Lənkəranda mübahisə ölümlə nəticələnib

# 00:37
27 iyun 2022

Lənkəranda mübahisə ölümlə nəticələnib. 32 yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib. APA TV-nin cənub bürosu xəbər verir ki, qətl hadisəsi Liman şəhərində qeydə alınıb. Şəhər sakini 1990-cı il təvəllüdlü Samir Böyükkişi oğlu Novruzov mübahisə etdiyi 1975-ci il təvəllüdlü Qulam Müzəffər oğlu Səlimov tərəfindən bıçaqlanıb. Bir bıçaq zərbəsi Samir Novruzovun şah damarını kəsib və o, hadisə yerindən 300 metr kənarda yıxılaraq çoxlu qanitirmədən dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunmaqdan ötrü Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Qulam Səlimov isə qətli törətdiyini könüllü olaraq etiraf edib və polisə təslim olub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR