Lənkəranlı məktəblinin hazırladığı qurğu hamını təəccübləndirdi
Lənkəran rayonunun Boladi kənd 1 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Teslanın, Faradeyin və digər bu kimi alimlərin təcrübələrinə öz fantaziyalarını qatmaqla qurğular yaradır.
APA TV – nin yerli bürosu xəbər verir ki, Taleh Cabbarovun fizikaya böyük marağı var. Gələcəkdə mühəndis olmağı arzulayan məktəbli boş vaxtının çoxunu yaratdığı qurğulara sərf edir.
Müsahibimiz deyir ki, Teslanın kəşf etdiyi qurğuda elektrik cərəyanını bir neçə santimetrdən almaq olursa, onun yaradacağı növbəti qurğu daha uzun məsafəli olacaq. Talehin məqsədi 1 km məsafədən elektrik alınması mümkün olan qurğu yaratmağı arzulayır. Balaca ixtiraçımız artıq bir neçə dəfə sınaq da aparıb.
Talehə bu işində fizika müəllimi dəstək olub.
Müəllimləri Talehin gələcəkdə yaxşı bir fizik və mütəxəssis olacağına inanır.
Qeyd edək ki, Taleh Cabbarov inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin qalibi olub.
İlkin Rzayev
Rövşən Almazoğlu
APA TV Lənkəran
DİGƏR XƏBƏRLƏR

Tək yaşayan yeniyetmə hazırlıq müəllimi axtardı, ona kimlər dəstək oldu? – APA TV

Hələ məktəbdə oxuyur, “Ağıllı aptek” düzəldib

Gözəllik salonunda “patı” və saxta dollarlar tapıldı
