Lerik sakini maşının yük yerindən yıxılaraq öldü
Lerik rayon sakini maşının yük yerindən yıxılaraq ölüb.
Hadisə Lerik rayonunun dağlıq Siyov kəndində qeydə alınıb. Belə ki, 34 yaşlı Pərviz Hüccətov hərəkətdə olan "UAZ" markalı maşının yük hissəsindən yerə düşüb. Yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilsə də, aldığı kəllə-beyin travmasından dünyasını dəyişib.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Lerik rayon Prokurorluğunda araşdırma aparılır.