Lerikdə əkin sahələri çəyirtkələrin hücumuna məruz qaldı

# 15:10
1 iyun 2023

 

TV Lerik rayonunun dağlıq kəndlərində kütləvi şəkildə Mərakeş çəyirtkələri yayılıb. Bir neçə gündür Lerik rayonunun Blaband kənd ərazi dairəsinə daxil olan Barzavu və Ambu kəndlərindəki əkin sahələrində Mərakeş çəyirtkələri yayılıb. Ziyanvericilər ilk olaraq ərazidə heyvan otaran çobanlar tərəfindən aşkar olunub. Onlar bu barədə kənd sakinlərini və aidiyyəti orqanları məlumatlandırıblar. Yerli sakinlər deyir ki, ilk dəfədir ki, belə bir halla qarşılaşırlar. İndiyədək bu ərazilərdə belə ziyanvericilərə rast gəlməyiblər. Onlar bildirirlər ki, ziyanvericilərə qarşı qısa müddət ərzində tədbir görülməsə, əkdikləri məhsullar məhv ola bilər. Çəyirtkələrin əkin sahələrində yayılmasının qarşısını almaq üçün mübarizə tədbirlərinə başlanıb. Müşahidə nəticəsində məlum olub ki, burdakı çəyirtkələr 2 – 3 yaşlarındadılar. Onların ən təhlükəli dövrü 5 yaşından sonra başlayır. Qeyd edək ki, Blaband kənd ərazi dairəsinə daxil olan ərazidə 300 hektar əkin sahəsi var. Hazırda 50 hektara yaxın əkin sahəsi ziyanvericilər olan sahədir. Kənd təsərrüfatı bitkiləri üçün ziyanverici mənbə sayılan Mərakeş çəyirtkələri əkin sahələrinə kütləvi şəkildə miqrasiya edərək bir neçə saat ərzində sahəni yararsız hala sala bilir. Ziyanvericilər 250 kilometr məsafəni rahat uça bilirlər. Bu da o deməkdir ki, onlar bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla miqrasiya etmək qabiliyyətinə malikdirlər. İlkin Rzayev Rövşən Almazoğlu APA TV Lerik

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR