Liz Trass: “Tarix Boris Consonu çox təsirli bir baş nazir kimi xatırlayacaq”

# 04:01
7 sentyabr 2022

Tarix Boris Consonu çox təsirli bir baş nazir kimi xatırlayacaq. APA-nın Böyük Britaniya bürosu xəbər verir ki, bu barədə Böyük Britaniyanın yeni seçilən Baş naziri Liz Trass deyib. Baş nazir Boris Consonun BREXIT, COVID peyvəndinin çatdırılması və Rusiyanın hücumuna qarşı durmaqda əvəzsiz rol oynadığını da deyib. Liz Trass çıxışında Vladimir Putinin Ukraynada başlatdığı müharibənin səbəb olduğu enerji böhranı ilə özünün birbaşa məşğul olacağını deyib. O bildirib ki, onun hökuməti Britaniyanı yüksək maaşlı iş yerləri, təhlükəsiz küçələri olan və hər kəsin hər yerdə layiq olduğu imkanlara malik bir arzu ölkəsinə çevirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR