Manaf Ağayevlə Füzulidə “AA” seriyalı maşını sürən kimdir?

# 15:41
18 fevral 2022

Xəbər verildiyi kimi müğənni Manaf Ağayev Füzuli rayonuna qanunsuz səfər edib və bu səbəbdən saxlanılıb. İfaçının səfərlə bağlı çəkdirdiyi video da sosial şəbəkələrdə geniş yayılıb.

 

Sözügedən videoda müğənninin avtomobilinin yanında görünən 10-AA-307 dövlət nömrə nişanlı maşının kimə məxsus olması da maraq doğurub.

 

“Qafqazinfo”nun araşdırması nəticəsində məlum olub ki, maşını idarə edən şəxs Sənan Nizami oğlu Hüseynovdur. 1983-cü ildə Füzuli rayonunda anadan olan Sənan Hüseynov biznesmendir. Onun qardaşı Əliş Hüseynov da iş adamıdır. 

 

Müğənni Manaf Ağayevlə yaxın dost olan Sənan Hüseynov, digər şou-biznes nümayəndələri tərəfindən də tanınan simadır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR