Masallıda avtomobil kanala aşdı

# 11:55
29 sentyabr 2022

Masallıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlarında Masallı rayonun Boradigah qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

 

Lənkəran rayon sakini 1999-cu il təvəllüdlü Əli Mirzağa oğlu Qasımovun idarə etdiyi “Reno” markalı avtomobil yoldan çıxaraq su kanalına aşıb.

 

Dərhal əraziyə FHN-in Lənkəran Regional Mərkəzinin Xüsusi Riskli Qüvvələri və Təcili Tibbi Yardım əməkdaşları cəlb olunub.

 

Xilasedicilər avtomobildə olan sürücü və iki nəfər sərnişini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Sürücü ciddi xəsarət almasa da, avtomobildə olan sərnişinlər Lənkəran rayon sakinləri 23 yaşlı Zaur Zahid oğlu Əlizadə və 21 yaşlı Bəhram Vasif oğlu Məmmədzadə boğularaq ölüb.

 

Qeyd edək ki, Bəhram Məmmədzadə mühafizə polisində çalışırdı və evin tək övladı olub.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

İlkin Rzayev, Rövşən Almazoğlu, APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR