Maşını kanala aşırdı - SƏRNİŞİN SUDA BOĞULDU

# 17:10
28 iyun 2022

Samur-Abşeron kanalına maşın düşüb.

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Qubanın Hacıhüseynli kəndi ərazisində qeydə alınıb.

Rayonun Qımılqışlaq kənd sakini Sərxan Əlixanov idarə etdiyi “Ford Transit” markalı avtomobili Samur-Abşeron kanalına aşırıb.

Nəticədə sürücü sudan çıxarılsa da, sərnişini Rəvan Əmirov suda boğulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR