Maşını yandı, özü isə xəstəxanalıq oldu

# 11:07
21 dekabr 2022

Tovuzda yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun H.Əliyev prospektində, Tovuz çayı üzərindən keçən körpüdə qeydə alınıb. Iki  vaz-2106 marakalı avtamobilin toqqüşması nəticəsində avtomobillərdən  birinin mühərrik hissəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunmuş briqadası yanğının qarşısını alaraq avtomobili tamam yararsız hala düşməkdən xilas edə bilib.

 

Avtomobillərdən birinin sürücüsü Tovuz rayon sakini Tural Yusifov müxtəlif bədən xəsarətləri ilə Tovuz Rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər  onun vəziyyətini orta-agır qiymətləndirir. 

 

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR