Maşınlar toqquşdu, 2 nəfər xəsarət aldı
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA TV -nın xəbərinə görə, hadisə Gəncə-Göygöl yolunun şəhərin Gülüstan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Hyundai" və "VAZ 2106 " markalı minik maşınları toqquşub. Bundan sonra "Hyundai" yol kənarındakı işıq dirəyinə çırpılıb. 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu
Mehdi Məmmdəov
APA TV Gəncə