May ayında 4 gün iş olmayacaq - SİYAHI

# 17:08
5 aprel 2021

May ayında qeyri-iş günlərinin sayı məlum olub.

 

APA TV-nin məlumatına görə, bu il 9 May - Faşizm üzərində qələbə günü bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 10 may qeyri-iş günü olacaq.

 

Nazirlər Kabinetinin 3 dekabr 2020-ci il qərarına əsasən, bu il 13 may (cümə axşamı) və 14 may (cümə) isə Ramazan bayramıdır. Həmin günlər də qeyri-iş günüdür.

 

Eyni zamanda 28 May - Respublika günü də iş günü hesab edilməyən bayram günüdür. Bu il mayın 28-i cümə gününə təsadüf edir.

 

Beləliklə, may ayında bayramlarla əlaqədar 4 gün iş olmayacaq. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR