Məryəmin atasını polis studiyadan apardı - VİDEO

# 20:48
4 fevral 2022

Yanvarın 31-də öldürülərək quyuya atılan üç yaşlı Məryəmin atası Taleh Allahyarov saxlanılıb.

 

APA TV xəbər verir ki, Taleh Allahyarov ATV-nin canlı yayımlanan “Bizimləsən” proqramında iştirak edib.

 

Veriliş zamanı Taleh Allahyarovun həyat yoldaşına göndərdiyi video görüntülər yayımlanıb. Görüntülərdə Taleh Allahyarovun 4 yaşlı Məryəmin boğazına məftil keçirərək arvadına evə qayıtmayacağı təqdirdə uşağı öldürəcəyi ilə bağlı hədələr görüntülənib.

 

Bu görüntülərdən sonra Xəzər rayon Polis İdarəsinin əməkdaşları studiyaya gələrək Taleh Allahyarovu saxlayıblar.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR