Meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirildi

# 16:35
29 iyun 2022

 

Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən Hirkan Milli Parkında “Yay mövsümündə meşələrdə yanğın təhlükəsizliyi” mövzusunda birgə maarifləndirmə tədbiri keçirilib. Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin aparılmasının səmərəliliyini daha da artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə keçirilən tədbirdə cənub regionunun aidiyyəti dövlət qurumlarının nümayəndələri və təsərrüfat sahibləri iştirak edib. Tədbirdə çıxış edən FHN-in Cənub Regional Mərkəzinin rəisi polkovnik-leytenant Müsəddiq Əsədov bildirib ki, meşələrdə yanğın təhlükəsizliyinə cavabdeh olan şəxslər yanğın təhlükəsizliyi qaydalarını bilməklə yanaşı, meşə ərazilərində baş verə biləcək yanğınların qarşısını almaq məqsədilə xəbərdaredici lövhələr quraşdırmalıdırlar. FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ağali Hüseynov, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Aqşin Kazımov çıxışlarında meşələrdə baş verə bilən yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışıblar. Daha sonra Daxili İşlər Nazirliyinin Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru Vüqar Mirzəyev çıxış edib və mövzunun aktuallığını diqqətə çatdıraraq bildirib ki, meşə və meşəətrafı ərazilərdə xüsusilə yay mövsümündə vətəndaşlar yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməlidirlər və bunun üçün hər bir vətəndaş məsuliyyət daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR