Meymunçiçəyi ilk dəfə görün harada yayılıbmış: ÜST AÇIQLADI
Avropa İttifaqının və Ümumdünya Səhiyyə Təşkilatının birgə layihəsi olan Sağlamlıq üçün Həmrəylik Təşəbbüsünün yekun nəticələri təqdim edilib.
Layihə rəhbəri Tural Qulu Sağlamlıq üçün Həmrəylik Təşəbbüsünün həyata keçirildiyi dövr ərzində əldə edilən nailiyyətlərdən bəhs edən təqdimatla çıxış edib.
ÜST-nin Azərbaycandakı Nümayəndəsi Hande Harmancı isə hazırda Azərbaycanda meymunçiçəyi virusu ilə bağlı təhlükənin olmadığını bildirib.
Tədbir çərçivəsində ÜST-ün “OpenWHO” onlayn təlim platformasının Azərbaycan səhifəsi də istifadəyə verilib. Qısa müddət ərzində təlim platformasında azərbaycanlı tibb işçiləri tərəfindən qeydiyyatdan keçilən kursların sayı 10 dəfə artaraq 18 000-ə çatıb.
Tədbirdə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və digər milli tərəfdaşlara dəstək olaraq ölkədə COVID-19 pandemiyasına hazırlıq və cavab tədbirləri istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb.
Nərmin Murad,
Kamran Namazov,
APA TV