Meymunçiçəyinə yoluxanları sayı artdı - TÜRKİYƏDƏ
Türkiyədə 5 nəfər meymunçiçəyi virusuna yoluxub.
APA TV xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir Türkiyədə ilk dəfə 30 iyunda aşkarlanan meymunçiçəyi virusuna yoluxanların sayının artdığını bildirib: “Ölkəmizdə meymunçiçəyi virusuna 5 yoluxma aşkar edilib, onlardan 4 nəfər sağalıb, bir nəfərin isə müalicəsi davam edir”.
Nazir əlavə edib ki, xəstəlik yaxın təmasla keçir, ona görə də pandemiya riski yoxdur.
DİGƏR XƏBƏRLƏR

Tək yaşayan yeniyetmə hazırlıq müəllimi axtardı, ona kimlər dəstək oldu? – APA TV

Hələ məktəbdə oxuyur, “Ağıllı aptek” düzəldib

Gözəllik salonunda “patı” və saxta dollarlar tapıldı
