Minatəmizləmə Agentliyinin yeni loqosu təqdim EDİLDİ

# 18:23
5 sentyabr 2022

Minatəmizləmə Agentliyinin yeni loqosunun təqdimat mərasimi keçirilib.

APA TV-nin xəbərinə görə, təqdimat mərasimində bildirilib ki, 1998-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsis edilmiş Agentliyin əsasında ölkə Prezidentinin 2021-ci il 15 yanvar tarixli Fərmanı ilə yaradılan publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin qarşısında yeni strateji hədəflər yer alıb. 

Tədbir Azərbaycanda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların nümayəndələrinin, Agentliyin rəhbər şəxslərinin, eləcə də media nümayəndələrinin iştirakı ilə keçirilib.

BMT-in Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva deyib ki, BMT ANAMA-ya 11 milyon avrodan çox dəstək göstərib. Müxtəlif ekspertlər cəlb olunub, texnikalarla bağlı köməklik olunub

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Heykens isə bildirib ki, UNİCEF tərəfindən Azərbaycanda mina təhlükəsi ilə bağlı 100 mindən çox insana təlimlər keçirilib, 20 min uşaqla maarifləndirici söhbət aparılıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR