Minik avtomobili yük maşınına çırpılıb, iki yerə bölündü - YARALANAN VAR

# 11:44
6 oktyabr 2022

Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun rayonun Gilgilçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

"VAZ 2109" markalı avtomobil "DAF" markalı yük maşınına çırpılıb. Qəzadan sonra minik maşını iki hissəyə bölünüb. Minik maşınının sürücüsü müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR