Minik maşını piyadanı vurdu - SAATLIDA

# 14:51
4 may 2021

Saatlıda avtomobil 20 yaşlı gənci vuraraq öldürüb

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Potubəyli kəndində baş verib. 

"Mercedes" markalı avtomobil Bəylər kənd sakini, 2000-ci il təvəllüdlü Vüqar Ədilovu vurub. Nəticədə 20 yaşlı gənc aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR