Moskva bazarlarında vəziyyət “ruscadır”

# 18:11
2 mart 2022

ABŞ və Avropa ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi çoxtərəfli sanksiyalar iqtisadi fəsadlarını göstərməyə başlayıb. Bank əməliyyatlarının çətinləşməsi, ölkədən 10 min dollardan artıq vəsaitin çıxarılmasına qoyulan qadağa, idxal və ixrac prosesində yaranan ciddi problemlər Rusiyada biznes fəaliyyəti ilə məşğul olan soydaşlarımıza da ciddi ziyan vurur.

 

Moskva azərbaycanlılarının icma sədri Şamil Tağıyev də deyir ki, ölkədə vəziyyət sürətlə pisləşir: “Avropa İttifaqının Amerikanın Rusiyaya qarşı etdiyi ekonomik sanksiyaların nəticəsində  ölkədaxilində vəziyyət pisləşməyə doğru gedir. Burada yaşayış və  ərzaq məhsullarının bahalaşması, ümumi bahalaşma tendensiyası Rusiyada əlbəttə ki, artır. Bir tərəfdən insanlarda sosial durum pisliyə doğru gedə bilər. Ancaq Rusiyanın SWIFT sistemindən çıxarılması elə də nəinki azərbaycanlılar üçün, heç ruslar üçün də problem olmayacaq. Bu yalnız xarici bank əməliyyatlarını həyata keçirilməsində problem yaradacaq”.

 

Uzun illərdir Rusiyada yaşayan həmyerlilərimiz deyirlər ki, hazırda sosial durumları yaxşı deyil.

 

Onu da xatırladaq ki, sanksiyalardan sonra rubl sürətlə dəyər itirməkdədir. Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi məzənnəsinə görə 1 rubl 0.0155 manata bərabərdir.

 

AYTƏN SAKİTQIZI

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR