Moskva yaxınlığında partlayış - Ukrayna PUA-sı partladı
Rusiyanın Kireyevsk şəhərinə PUA düşüb.
Ukraynaya məxsus olduğu iddia edilən, Tu-141 tipli partlayıcı yüklənmiş PUA-nın düşməsi nəticəsində şiddətli partlayış baş verib.
Şəhərin mərkəzində baş verən partlayışda xəsarət alanlar var.
Partlayışın baş verdiyi ərazidə böyük çuxur əmələ gəlib, binalara ziyan dəyib.