Mövsüm Səmədovun məclisinəpolis müdaxiləsi: Həbs edilən var

# 14:48
26 yanvar 2023

Bir müddət əvvəl Azərbaycan İslam Partiyasının sədri, Hacı Mövsüm kimi tanınan Mövsüm Səmədov azadlığa buraxılıb.

Bu münasibətlə Bakıda bəzi evlərdə, xüsusilə də İrana bağlı olan dini icmalarda toplantılar təşkil olunub. Belə toplantılardan biri də, Suraxanı rayonunda baş tutub. 

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Mövsüm Səmədovun azadlığa çıxması münasibətilə Suraxanı rayonunda evlərin birində dini məclis təşkil edən şəxs saxlanılıb.

Polisə qəsəbədəki evlərdən birində partiya üzvləri və dini təhsilli şəxslərin iştirakı ilə tədbir keçirilməsi barədə məlumat daxil olub. Əraziyə gedən polis əməkdaşları tədbirin qanunsuz keçirildiyini və dayandırılmalı olduğunu bildirib.

Bu zaman ev sahibi, tədbirin təşkilatçısı olan 32 yaşlı şəxs etirazını bildirib və polisin tələbinə tabe olmayaraq aqressivlik nümayiş etdirib. Onunla birgə tədbirlə əlaqədar oraya gələn daha 3 nəfər saxlanılıb. Polis tərəfindən edilən xəbərdarlıqdan sonra evə gələn digər şəxslər ərazini tərk ediblər.

Tədbirin təşkilatçısına Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib.

Qeyd edək ki, İslam partiyasının sədri, Hacı Mövsüm Səmədov mütəşəkkil dəstə halında cinayətə hazırlıq, odlu silahdan istifadə etməklə cinayətə hazırlıq, qanunsuz silah saxlama və hakimiyyəti zorla ələ keçirməyə görə ittiham olunmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR