Müdafiə Sənayesi Nazirliyinin zavodunun poliqonunda minaatan partlayıb
Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz” zavodunun poliqonunda sursat partlayıb.
APA TV-nin Mil-Muğan bürosu xəbər verir ki, sursatın partlaması nəticəsində “Şirvan Araz zavodu” MMC-nin işçisi, Şirvan sakini, 1986-cı il təvəllüdlü Almazov Razi Sakit oğlu çoxsaylı qəlpə yaraları alıb.
O, Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Sənayesi Nazirliyindən APA-ya bildirilib ki, sınaq zamanı 60 mm-lik minaatan partlayıb.
“Bir nəfər - Almazov Razi əlindən və bud nahiyəsindən xəsarət alıb. Şirvan Şəhər Xəstəxanasından həkimlər həyati təhlükəsinin olmadığını bildiriblər”, - deyə məlumatda qeyd olunur.
Əlibəy Zeynallı, APA TV
DİGƏR XƏBƏRLƏR

Deputat Tehrandakı terrorun araşdırılmasına azərbaycanlı mütəxəssislərin cəlb olunmasını istədi

Ərdoğan İrandakı səfirliyimizdə baş verən qanlı hadisəni qınadı

Səfirliyimizə hücum kimin sifarişidir? - İran polisi niyə yerindən tərpənmədi? - YENİ DETALLAR
