Müəllim Qaradağlıdakı dəhşətlərdən danışır

# 11:08
17 fevral 2022

Xocavənd-Xankəndi yolunun üzərində, ermənilər yaşayan 45 kəndin əhatəsində yerləşən Qaradağlı 1992-ci il Fevralın 17-də işğal edilir. İşğal zamanı kənddə uşaq, qoca, cavan, qadın demədən sakinlər qətlə yetirilir. Sağ qalanlar isə əsir götürülərək ağır işgəncələrlə öldürülüb kütləvi şəkildə basdırılır.

Əslində kəndə silahlı hücum fevral ayının 13-dən başlanıb. Ermənilərin Qaradağlıya silahlı hücumu 4 gün davam edib. Qeyri bərabər döyüşlər fevralın 17 - nə qədər davam edib. Yerli müdafiə dəstələrinin sursatı tükəndikdən sonra yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib. 80 nəfər Qaradağlı sakini şəhid olub, 54 nəfər əsir və girov götürülüb. Kənd tam yağmalandıqdan sonra alovlara qərq edilib.


İxtisasca müəllimə olan Lyudmila Həsənova Qaradağlı sakinidir. O, Qarabağda münaqişələr başlayandan sonra ermənilərin törətdiyi irili-xırdalı bütün cinayət və terror aktlarını dünyaya çatdırmaq qərarına gəlir. 32 yaşlı müəllimə erməni blokadasında olan kəndlərdə baş verənləri yazaraq müxtəlif yollarla Ağdamda yerləşən redaksiyalara göndərir. Bu proses bəzən kəndə gələn vertolyotlarla, bəzən isə dağ, meşə, çay keçidləri ilə ətraf rayonlara gizlin gedib-gələn insanlar vasitəsi ilə həyata keçirilib.

Bəli, bu gün Qaradağlı faciəsindən 30 il keçir. Qaradağlılar yandırılan körpələrinin, başı kəsilən ahılların, ağbirçəklərin ah-naləsini hələ də unutmayıb. Amma tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan “Dəmir yumruq” hərbi əməliyyatı onların təsəllisinə çevrilib. Bir vaxtlar məsumların qanı tökülən o dağlarda, indi lalələr, nərgizlər bitəcək. Uşaqlar müharibəsiz, qansız-qadasız, qalib ölkənin övladları kimi böyüyüb bu torpaqlara əbədi olaraq sülh və sevgi bəxş edəcəklər.

Elgün Gəncimsoy, Ziya İsmayılov,  APA TV


 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR