Müstəqillik Günü “İrəli” gəncləri tərəfindən Gəncədə qeyd edilib  

# 19:13
27 may 2022

Gəncədə “İrəli” İctimai Birliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümünü ilə bağlı  “Müstəqillik Günü Müasir Azərbaycanın təşəkkülü” adlı elmi mühazirə keçirilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına təsiri, cümhuriyyətin qurulmasında tarixin hansı keşməkeşli yollarından keçildiyini gənclərimizə aşılamaqdır. 
Çıxış edən natiqlər bildirib ki, cəmi 23 ay mövcud olmuş Cümhuriyyət dövründə qəbul edilən qanunların milli müstəqilliyin möhkəmlənməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında böyük rolu olub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun Vətən Müharibəsində qazandığı şanlı qələbə nəticəsində Cümhuriyyət dövründə tamamlanması mümkün olmayan işlərin yekunlaşdırıldığı, Azərbaycan gənclərinin qalib xalqın nümayəndələri olaraq onlara miras qoyulan ənənələri qürurla davam etdirəcəkləri mühazirənin gedişində xüsusilə vurğulanıb. 
Tədbir çərçivəsində Gəncə şəhərində 100-dən çox gəncin iştirakı ilə “Nə? Harada? Nə zaman?” intellektual turniri də keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümünə həsr olunmuş turnirdə iştirakçılar birincilik uğrunda mübarizə aparıblar. 
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV Gəncə 
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR