Muzeylər günündə yubileyini qeyd edən muzey

# 18:38
18 may 2022

Bü gün 18 may Beynəlxalq Muzeylər Günüdür.

APA TV-nin yerli bürosu xəbər verir ki, bu gün ikiqat bayram keçirən muzeylərdən biri də Rahib Məmmədov adına Döyüş Şöhrət muzeyidir. Muzey 1990-cı il may ayının 18-də Beynəlxalq muzeylər günündə fəaliyyətə başlayıb. Rahib Məmmədov 1987-ci Gürcüstan SSRİ-nin Xobi rayonunun Çaladidi kəndində təbii fəlakət zamanı 28 nəfərin həyatını xilas edərkən həlak olmasından sonra, doğulduğu Mahrızlı kəndində onun şərəfinə yaradılıb.  Muzeydə Rahib Məmmədovun şəxsi əşyaları, onun haqqında çıxan qəzet, jurnal, kitablar sərgilənir. Muzeydə həmçinin Qarabağ döyüşlərində canlarını qurban verən igid oğulların şəxsi əşyaları, məktublar, hərbi geyimlər nümayiş etdirilir. Ümumilikdə muzeydə 2500-dək eksponat var.

Döyüş bölgəsində yerləşən Mahrızlı kəndi  Vətən müharibəsi zamanı ermənilərin atdığı raket zərbələrinə məruz qalıb. Kəndə atılmış raket mərmilərinin parçalanmış hissələri də muzeydə sərgilənir. Eksponatların sayı o qədər çoxalıb ki, artıq əşyaların sərgilənməsində çətinlik yaranıb.

Beynəlxalq muzeylər günü bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Amma bu gün təəssüf hissi ilə qeyd edirik ki, torpaqlarımız işğal altında olduğu dövrdə ermənilər dünya şöhrətli muzeylərimizdən ola Ağdam Çörək Muzeyi, məşhur azərbaycanlıların ev muzeyləri dağıdılıb, talan edilib. Həmin muzeylərdən biridə Ağdam Tarix-Diyarşünaslıq muzeyidir. Ağdam şəhərində yerləşən muzey tamamilə dağıldıqdan sonra rayonun Qaradağlı kəndində Birinci Qarabağ müharibəsi zamanı dağılmış kənd Mədəniyyət evində fəaliyyətə başlayıb.

Qeyd edək ki, Muzeylər günü, Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən may ayının 18-də  qeyd edilir.

Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə açıq qapı günü elan olunub.

Habil Aslanoğlu, Ziya İsmayıoğlu, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR