Naməlum şəxs atəş açdı: YARALILAR VAR

# 19:11
12 aprel 2022

Nyu-York metrosunun Bruklin stansiyasında naməlum şəxsin atəş açması nəticəsində 13 nəfər yaralanıb.

APA TV xəbər verir ki, bu barədə Nyu-Yorkun Yanğınsöndürmə Departamenti məlumat yayıb.

Məlumatda hadisə yerindən partlayıcıların tapıldığı da bildirilir.

Hadisə şahidləri atəşin maskalı şəxs tərəfindən açıldığını deyiblər. Onların sözlərinə görə, dağınıq atəş açan şəxs hadisəni törədəndən sonra digər stansiyaya keçib.

Polis hələlik onu yaxalamayıb.

Perronda və vaqonlarda yaralılar var.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR