NATO üçün təhlükənin qarşısı belə alınacaq
Pentaqon Varşavanın təklifi ilə “Patriot” zenit-raket komplekslərini Polşaya göndərmək niyyətindədir.
APA TV xəbər verir ki, bu barədə TASS-ın sorğusuna cavab olaraq ABŞ Silahlı Qüvvələrinin Avropa komandanlığının nümayəndəsi Adam Miller bildirib.
Onun sözlərinə görə, iki “Patriot” batareyasının Polşaya verilməsi planlaşdırılır. ABŞ hərbi departamenti hesab edir ki, bu addım həm Birləşmiş Ştatlar və müttəfiqləri, həmçinin NATO ərazisi üçün potensial təhlükənin qarşısını almağa imkan verəcək.
“Bu, alyansın 5-ci maddəsinə sadiqliyimizi və heç bir hücum əməliyyatını dəstəkləməyən ehtiyatlı qüvvələrdən qorunma tədbiridir”, - deyə Miller əlavə edib.
DİGƏR XƏBƏRLƏR

Tək yaşayan yeniyetmə hazırlıq müəllimi axtardı, ona kimlər dəstək oldu? – APA TV

Hələ məktəbdə oxuyur, “Ağıllı aptek” düzəldib

Gözəllik salonunda “patı” və saxta dollarlar tapıldı
