Nazir özünü öldürən abituriyentlərdən DANIŞDI

# 15:08
27 iyul 2022

 

Təhsil naziri Emin Əmrullayev qəbul imtahanlarında bal toplaya bilmədiyi üçün intihar edən abituriyentlərlə bağlı məsələyə münasibət bildirib. APA TV xəbər verir ki, nazir bu gün keçirdiyi brifinqdə deyib ki, hər bir şagirdin, uşağın ölümü, intiharı faciədir. “Sözün düzü, biz bunu hər zaman aşağı bal yığmış şagirdlər arasında görmürük. Təhsilin bütün mahiyyəti şagirddir. Bu mənada istər valideynlər, istərsə də müəllimlər başa düşməlidir ki, həyatın mənası ali təhsil müəssisəsinə qəbul deyil. Birmənalı olaraq uşaqlara qarşı qısnama qəbuledilməzdir. Hər bir adamın öz övladına dəstək olması onun valideyn borcudur”, - nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR