Neftçala sakini külli miqdarda heroinlə tutuldu
Neftçala sakinindən 1 kiloqramdan çox narkotik maddə götürülüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Neftçala şəhər sakini Habil Səlimov şübhəli şəxs qismində saxlanılıb və onun üzərinə baxış keçirilib: “Neftçala şəhər sakini Səlimov Habil Məmməd oğlunun üzərinə baxış keçirilən zaman onun üzərindən 669 qram çəkidə narkotik vasitə olan heroin, 444 qram çəkidə isə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür”.
Saxlanılan Habil Səlimov narkotiki İran vətəndaşından aldığını bildirib: “İran vətəndaşı Bakı şəhərində qoyub bunu, bağlamanı, mən də götürüb gəlmişəm. Dünən üçün, ayın 12-si əməliyyatçılar yaxınlaşıblar. Özümü şübhəli apardığıma görə saxlayıblar məni”.
Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.
DİGƏR XƏBƏRLƏR

İcra başçısının qardaşı oğlu faciəvi şəkildə öldü

Şuşa cənnətə dönür - Şərhsiz

Qızının maşınla vurduğu ana 17 gün sonra öldü - FACİƏ / “APA XƏBƏR” - 15:00
