Neftçalada 71 yaşlı kişi məktub yazıb özünü asdı

# 13:45
2 noyabr 2022

Neftçalada intihar hadisəsi olub.

 

Lent.az-ın məlumatına görə, hadisə Bala-Surra kəndində qeydə alınıb. Kənd sakini 71 yaşlı Sadıqov Əflatun Lətif oğlu yaşadığı evin həyətindəki çardaqdan özünü asıb.

 

İntiharla bağlı təfərrüatlar üzə çıxıb. Bala-Surra kənd sakini Sadıqov Əflatun Lətif oğlu uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirərkən onun yazdığı məktubu da aşkarlayıblar. Əflatun Sadıqovun intihar səbəbini elə həmin məktubda yazdığı müəyyən olunub.

 

Məktubda o, xəstəlik səbəbi ilə özünü öldürdüyünü bu sözlərlə izah edib: "Xərçəng xəstəliyindən əziyyət çəkirəm. Ağrılara dözə bilmirəm. Özüm bu yolu seçdim".

 

Hazırda faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR