Neftçidən növbəti hücumçu transferi
APA TV klubun saytına istinadən məlumat verir ki, braziliyalı Tiaqo Bezerra ilə 1 il müddətinə müqavilə bağlanıb.
34 yaşlı futbolçu Bakı təmsilçisinin heyətində 9 nömrəli formanı geyinəcək.
Tiaqo Keyruş Bezerra ölkəsinin “Legiao” klubunun yetirməsidir. 34 yaşlı mərkəz hücumçu karyerası ərzində buna qədər 15 dəfə klubunu dəyişib. “Neftçi” onun 16-cı komandasıdır. Braziliya ilə yanaşı, Belçika, Türkiyə, Küveyt, Səudiyyə Ərəbistanı, Özbəkistan və Qətərdə çıxış edən Bezerra üçün Azərbaycan 8-ci ölkədir. Futbolçu Türkiyədə müxtəlif illərdə “Altay”, “Karşıyaka”, “Adanaspor” və “Adana Dəmirspor”un formasını geyinib.
“Neftçi”yə azad agent kimi keçən Tiaqo Bezerra son olaraq bu ilin yayında Qətər təmsilçisi “Əl-Sayliya” klubundan ayrılıb.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov, müdafiəçilər Romen Bask, Huqo Basto və hücumçu Ramon Maçadonu transfer edib.
DİGƏR XƏBƏRLƏR

Konsul: "Türkiyəyə ilk dəstək verən ölkə Azərbaycan oldu"

Erməni hərbçilərin cənazələrini ailələri qəbul etmədi

Türkiyəyə yardım etmək istəyənlər bu ünvana üz tutsunlar
