Nərddə uduzduğu adamı ürəyindən bıçaqladı

# 19:06
4 fevral 2022

Rusiyanın Sankt-Peterburq şəhərində 45 yaşlı Azərbaycan vətəndaşı axtarışa verilib. 

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, o, kafedə nərd oynadığı şəxsi ürəyindən bıçaqlayaraq qətlə yetirib.

 

Hadisə fevralın 3-ü gecə şəhərin Sedova küçəsində yerləşən “Vodopad” kafesində baş verib. 

 

Nərd oyununda rəqibinə uduzan azərbaycanlı 49 yaşlı opponenti ilə mübahisə edib və onu bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib. 

 

Qətli törədən Azərbaycan vətəndaşı isə “Mitsubishi Pajero” markalı avtomobilinə əyləşərək ərazidən uzaqlaşıb. 

 

Hazırda onun axtarışları aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR