Nəşi 124 gün sonra tapılan şəhid Tural İsayevin döyüş yolu
Tural Saləddin oğlu İsayev 1992-ci il aprelin 11-də Siyəzən rayonunun Yenikənd kəndində dünyaya göz açıb. Ailədə bir qardaş, bir bacı olublar. Tural İsayev 10 yaşı olanda atasını itirib. Bundan sonra anası ilə bərabər evin yükünü çiyinlərində çəkən Tural zəhmətkeşliyi ilə hamının rəğbətini qazanıb.
Əsgərliyi başa vurandan sonra Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmətini davam etdirib. Vətən müharibəsinin ilk günündən döyüşlərə atılan çavuş ailəsi ilə son dəfə telefonla danışanda cəbhədən şad xəbərlərlə qayıdacağını bildirib.
O, sentyabrın 27-də Füzulinin yaşayış məntəqələri uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb. Nəşi 124 gün sonra tapılan şəhidimizin anası onun tabutu qarşısında qurban kəsərək, oğlunu son mənzilə yola salıb.
Tural İsayev 2021-ci yanvarın 31-də doğulub boya-başa çatdığı Siyəzən rayonunun Yenikənd kəndində dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
DİGƏR XƏBƏRLƏR

Mədət Quliyev: Azərbaycan İsraillə birlikdə PUA istehsal edir

Azərbaycanın İsraildə səfirliyi açıldı

Müəllimlərə təkrar şans veriləcək - Sertifikasiyaya nə vaxt start veriləcək?
