“Oğlumu tutmayın, güllələyin” - Ağdamdakı dəhşətli qətlin TƏFƏRRÜATLARI
Ağdamda baş verən qətl hadisəsinin təfərrüratları məlum olub.
Rayonun məcburi köçkünlər üçün salınmış Təzəkənd qəsəbəsində, 141 nömrəli evdə yaşayan 37 yaşlı Tünzalə İbadova əri - 1974-cü il təvəllüdlü Sahib İbadov tərəfindən öldürülüb. Onun içki aludəçisi olduğu bildirilir.
Beş uşaq anası Tünzalə İbadovanı bıçaqlayaraq öldürən Sahib İbadovun əmisi oğlu Namiq İbadov APA TV-yə bildirib ki, törətdiyi cinayətə görə bütün yaxınları Sahibə hiddətləniblər. Hətta anası polislərdən Sahibin güllələməsini tələb edib:
Məlumat üçün onu da bildirək ki, Sahib İbadov bənna işləyirmiş. Qətlə yetirilən Tünzalə İbadova isə evdar qadın olub. Onların 5 övladı var. Ən böyükləri 12, ən balacaları 3 yaşındadır.
Faktla bağlı Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
DİGƏR XƏBƏRLƏR

Bayden Azərbaycan Prezidentini təbrik edib

Qurban Qurbanovdan maraqlı təklif: Türk dövlətlərinin liqaları birləşə bilər?

“Tvitter”ə qarşı təxribat baş verdi, İlon Mask başını itirdi
