Oğuzda dəhşətli qəza: maşın at arabası ilə toqquşdu

# 19:03
2 mart 2022

Oğuzda minik avtomobili ilə at arabası toqquşub, xəsarət alan var.

 

APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Sincam kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Rayon sakini Əliyev Taleh Gündüz oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən rayonun Sincam kənd sakini Məftun Nəcəf oğlu Nəcəfovun olduğu at arabasını vurub.

 

Qəza zamanı at arabasında olan arabaçı Məftun Nəcəfov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı at ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR