Oğuzda yanğın təhlükəsizliyinin pozulmasının qarşısı alınıb

# 14:05
2 iyul 2022

Oğuz rayonunun Xaçmaz kəndində “Yuxarı bazar yeri” adlanan ərazidə kənd sakini Adil Xəlilov tərəfindən yüksək gərginlikli hava elektrik xətlərinin altında və orta təzyiqli qaz xəttinin yaxınlığında neft məhsullarının qanunsuz satışı ilə məşğul olması barədə Dövlət Yanğın Nəzarəti Xidmətinə məlumat daxil olub.

 

FHN-dən APA TV-yə verilən məlumata görə, Xidmətin mütəxəssisləri tərəfindən əraziyə baxış zamanı vətəndaşın həqiqətən də yüksək gərginlikli hava elektrik xətlərinin altında, orta təzyiqli qaz xəttinin, fərdi yaşayış evləri və meşə massivinin bilavasitə yaxınlığında müxtəlif neft məhsullarının qeyri-qanuni satışını həyata keçirdiyi və yanğın təhlükəsizliyi sahəsində çoxsaylı və ciddi qayda pozuntularının mövcud olduğu öz təsdiqini tapıb.

 

Qeyd olunanlar nəzərə alınaraq, obyektin istismarı dayandırılıb və hazırda faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR