“Ölkənin adının Şimali Azərbaycan kimi dəyişməsi strateji baxımdan müsbət addım olar” - Əhməd Obalı
Sosial Tədqiqatlar Mərkəzində Cənubi Azərbaycanın milli fəalı, “GünazTV”nin rəhbəri Əhməd Obalının iştirakı ilə "İran yeni baxış bucağında" mövzusunda ekspert müzakirəsi keçirilib.
Tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Əhməd Obalının əsas fəaliyyət istiqamətinin azərbaycanlıların hüquqlarının müdafiəsi olduğunu bildirib.
Daha sonra çıxış edən Cənubi Azərbaycanın milli fəal Əhməd Obalı Türkiyənin Azərbaycanla münasibətlərinin inkişafının sevindirici olduğunu vurğulayıb və əlavə edib ki, Qarabağ azad olub və Azərbaycan regionda söz sahibinə çevrilib. O çıxışında Türk dünyası anlayışının reallaşdığını deyib.
Əhməd Obalı Türkiyə ilə sərhəddə PKK-nın İran qanadı olan PJAK təhlükəsindən də danışıb.
Milli fəal vurğulayıb ki, güneydəki soydaşlarımızın birliyinin pozulması üçün kommunizm, solçuluq, şiəlik və s. ideologiyalardan istifadə ediblər və məqsəd onları Azərbaycan anlayışından uzaqlaşdırmaq olub.
Əhməd Obalı Prezident İlham Əliyevin son çıxışının fikirlərdə inqilab etdiyini, insanlarda gələcəyə daha böyük ümid yaratdığını da söyləyib.
Sonda iştirakçıların sualları cavablandırılıb.
DİGƏR XƏBƏRLƏR

"Zəngəzur dəhlizi ilə Türkiyədən Azərbaycana gedəcəyik"

"Range Rover" "Opel"lə toqquşdu, polis xəsarət aldı

Xarici səyyahlar Füzulidə minatəmizləmə əməliyyatlarını izlədilər
